İQTİSADİYYAT


Çində keçirilən beynəlxalq konfransda Azərbaycanın iqtisadi uğurlarından danışılıb

Çin Xalq Respublikasının Şenyan şəhərində Dünya Qış Şəhərləri Merləri Assosiasiyasının 18-ci konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, “Şimal şəhərlərinin həyatını daha da yaxşılaşdırma” mövzusunda keçirilən konfransda quruma üzv ölkələrlə yanaşı, “Bir kəmər, bir yol” strategiyası üçün əhəmiyyətli olan bir neçə ölkə, o cümlədən Azərbaycan xüsusi dəvət olunmuş qonaq qismində iştirak edib.