İQTİSADİYYAT


Çinin Liaonin vilayəti ilə Azərbaycan arasında iqtisadi və mədəni forum keçirilib

Liaonin vilayətinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Li Çenci rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək deyib ki, onlar müxtəlif layihələr vasitəsilə xarici ölkələrlə əlaqələrin hərtərəfli inkişafına çalışırlar. Li Çenci Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin bu yaxınlarda Azərbaycana səfər etdiyini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə əməkdaşlıq məsələlərini müzakirə etdiyini xatırladıb.