SİYASƏT


Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələri heç bir itki verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir

“Mənim addımım” blokunun sentyabrın 16-da Yerevanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dediklərinə cavab olaraq Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib.