Babək prospektində yenidənqurma işlərinin bu ilin oktyabrında yekunlaşdırılması nəzərdə tutulur
17.09.2018 [15:58]
Xəbərin mətni
Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik, uzunluğu 9 kilometr olan Babək prospektinin yenidən qurulması işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Məlumata əsasən, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır.