Azərbaycan Dövlət İnformasiya Agentliyi

İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb

17.09.2018 [18:15]

Xəbərin mətni
Ölkəmizə səfərə gəlmiş Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də İçərişəhərlə tanış olub. AZƏRTAC xəbər verir ki, Qoşa qala qapısı meydanından başlayan tanışlıq zamanı qonaqlara Qala divarlarının inşası barədə geniş məlumat verilib.