MƏDƏNİYYƏT


Vyanada Milli Musiqi Günü münasibətilə konsert keçirilib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə klassik musiqi axşamı keçirilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu dahi bəstəkar, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəyli barəsində məlumat verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır