Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metrosunda milli və klassik musiqilərdən ibarət konsert proqramı

18.09.2018 [12:55]

Xəbərin mətni
"Bakı Metropoliteni" QSC ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edir. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında milli və klassik musiqilərdən ibarət konsert proqramı təşkil olunub.