MƏDƏNİYYƏT


Parisdə “Avropa İrs Günləri” çərçivəsində Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumat verilib

“Avropa İrs Günləri” çərçivəsində Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində “açıq qapı” günü keçirilib. Mədəniyyət Mərkəzinin yerləşdiyi bina həm də Fransanın milli irs abidələri siyahısındadır. AZƏRTAC xəbər verir ki, səfirliyimiz və Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə keçirilən “açıq qapı” günündə ziyarətçilərə ölkəmizin tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verilib.