Sabah bəzi yerlərdə yağış yağacaq
18.09.2018 [14:25]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 23-26° isti olacaq.