İDMAN


İtaliya-Azərbaycan Dostluq Dərnəyi ilə Maltanın futbol komandası arasında müqavilə imzalanıb

İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Keşaplı Maltanın “Sliema Wanderers” futbol komandası ilə müqavilə imzalayıb. AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən Dündar Keşaplı klubun beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru təyin edilib. O, həmçinin klubun UEFA ilə əlaqələrinə cavabdeh olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır