Azərbaycan dilini öyrənən alman alimi
19.09.2018 [19:37]
Xəbərin mətni
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 27-dən 30-dək Azərbaycanda keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində alman alimi, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) “Nəsiminin müasir kontekstlərdə dərk edilməsi” mövzusunda mühazirəsi dinləniləcək. Nəsimiyə sevgisi tanınmış alimi Azərbaycan dilini öyrənməyə də sövq edib.