İDMAN


Bakıda cüdo üzrə dünya çempionatı keçirilir

Sentyabrın 27-dək davam edəcək çempionatda 129 ölkədən 800-dən çox cüdoçu mübarizə aparacaq. Yarışın ilk günündə 60 kiloqram çəki dərəcəsində kişilər, 48 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxırlar. Ölkəmizi bu çəki dərəcəsində Orxan Səfərov, Kəramət Hüseynov və Aişə Qurbanlı təmsil edir.