İDMAN


Bakıda keçirilən dünya çempionatının ilk günündə qızıl medalı Ukrayna və Yaponiya cüdoçuları qazandı

AZƏRTAC xəbər verir ki, sentyabrın 27-dək davam edəcək çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır. Çempionatın ilk günündə 60 kiloqram çəki dərəcəsində kişilər, 48 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar. Ölkəmizi bu çəki dərəcəsində Orxan Səfərov, Kəramət Hüseynov və Aişə Qurbanlı təmsil ediblər. Turnirin ilk günündə Azərbaycan cüdoçuları mükafatçılar sırasında yer ala bilməyiblər.