MƏDƏNİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq Fond türkdilli xalqlara məxsus mədəniyyət, tarixi irsin mühafizəsi və təbliğ edilməsi yönündə fəaliyyət göstərməkdədir. Hazırda Fondun dəstəyi ilə türkdilli xalqların tarixi-mədəni