Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cüdo üzrə dünya çempionatı: yarışların ikinci gününün qalibləri yaponiyalı idmançılar olublar

21.09.2018 [19:06]

Xəbərin mətni
52 kiloqram çəki dərəcəsində qadınlar arasında keçirilən yarışda Yaponiya cüdoçusu Uta Abe həmyerlisi Ai Şişimeyə qalib gələrək qızıl medal qazanıb. Kişilərin yarışında da qalib gündoğar ölkə təmsilçisi olub. Belə ki, 66 kiloqram çəki dərəcəsində finalda Qazaxıstan cüdoçusu Yerlan Serikzhanovu məğlub edən Hifumi Abe də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.