Sabah bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq
23.09.2018 [14:05]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19°, gündüz 23-25° isti təşkil edəcək.