İDMAN


Cüdo üzrə dünya çempionatının beşinci gününün yarımfinalçıları müəyyənləşib

Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının beşinci gününün yarımfinalçıları müəyyənləşib. AZƏRTAC xəbər verir ki, 125 ölkədən 800-dək cüdoçunun mübarizə apardığı çempionatda kişilər arasında 90 kiloqram çəki dərəcəsində finala gedən yolda kubalı İvan Felipe Silva Morales Fransa təmsilçisi Aksel Klerqet ilə, Macarıstan cüdoçusu Kristian Tot isə İspaniya idmançısı Nikoloz Şerazadişvili ilə üz-üzə gələcək.