MƏDƏNİYYƏT


Minskdə Azərbaycan musiqi və mədəniyyəti festivalı keçirilib

Belarus Azərbaycan İcmaları Konqresinin və Minsk şəhər meriyasının təşkilatçılığı, bu ölkədə fəaliyyət göstərən səfirliyimizin və Azərbaycan Ticarət Evinin dəstəyi ilə reallaşan tədbirdə xalqımızın qədim adət-ənənələri, zəngin mədəniyyəti geniş nümayiş etdirilib. Minsk şəhərinin mərkəzində keçirilən Azərbaycan musiqi və mədəniyyəti festivalında gün ərzində xalqımızın qədim adət-ənənələri, zəngin mədəniyyəti, milli yeməkləri və ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsullar yerli ictimaiyyətə təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır