MƏDƏNİYYƏT


Vyanada görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin xatirəsi anılıb

Sentyabrın 24-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri açan mərkəzin direktoru Leyla Qasımova XX əsrdə Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb, bu il yazıçının 110 illik yubileyi münasibətilə həm Azərbaycanda, həm də xarici ölkələrdə silsilə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.