Bakıda "ADEX-2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
25.09.2018 [14:55]
Xəbərin mətni
Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.