MƏDƏNİYYƏT


Cenevrədə Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliğ edilməsi məqsədilə tədbir keçirilib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın zəngin mədəni irs nümunələrinin təbliğ edilməsi məqsədilə mədəni tədbir keçirilib. “Mədəni yaxınlıq: fərqliliyin vəhdəti” adlı tədbir Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi ilə birgə təşkil olunub. Tədbirdə Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa Regional Qrupuna daxil olan ölkələr (Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan) milli mədəni irs nümunələrini təqdim ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır