İQTİSADİYYAT


Şamaxıda 4 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır

Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Qısa müddət ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.