İQTİSADİYYAT


Yardımlıda 15 kəndi birləşdirən yol yenidən qurulur

Yardımlı rayonunda yenidən qurulan və uzunluğu 22 km olan avtomobil yolunda işlər sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq Viləş çayı üzərində 24 metr uzunluğunda dəmir konstruksiyalı avtomobil körpüsünün inşası işlərinə başlanılıb. Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yuyulmuş torpaq yatağının bərpası və əlavə bərkidilməsi işləri görülür.