Polo üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
28.09.2018 [17:26]
Xəbərin mətni
Azərbaycan milli komandası sentyabrın 28-də İtaliyanın Siyene şəhərində polo üzrə Avropa çempionatında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, millimiz qrup mərhələsinin sonuncu – dördüncü oyununda Avropa çempionu İrlandiya seçməsi ilə qarşılaşıb. Güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirən idmançılarımız rəqiblərini 5:3 hesabı ilə məğlub edərək Azərbaycan atçılıq idmanı tarixində ilk dəfə olaraq Avropa çempionatının finalına yüksəliblər.