İQTİSADİYYAT


Cocuq Mərcanlıda yaradılan istixanalar əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin inkişafı daim diqqət mərkəzində saxlanılır, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə kənddə istixanalarının yaradılmasıdır.