Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polo üzrə Avropa çempionatında ikinci yeri tutan Azərbaycan milli komandası Vətənə qayıdıb

02.10.2018 [19:34]

Xəbərin mətni
İtaliyanın Siena şəhərində keçirilən polo üzrə Avropa çempionatında ikinci yeri tutan Azərbaycan milli komandasının üzvləri oktyabrın 2-də Vətənə qayıdıblar. AZƏRTAC xəbər verir ki, yarışda gümüş medal qazanan milli komandamızın üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.