Bakıda hava yağmursuz olacaq
03.10.2018 [13:38]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20°, gündüz 26-28° isti olacağı ehtimalı var.