Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərviz Şahbazov: 2030-cu ilədək Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi həcmi 30 faizə çatacaq

03.10.2018 [19:40]

Xəbərin mətni
Moskvada “Rusiya energetika həftəsi” beynəlxalq forumu açılıb. Forumun gedişində Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edir. AZƏRTAC xəbər verir ki, nazirlərin iştirak etdiyi “Yanacaq-energetika kompleksinin səmərəli tənzimlənməsi: ümumi yanaşma və ölkələrin fərqi” mövzusunda təşkil olunan sessiyada çıxış edən P.Şahbazov Azərbaycanın son illər dinamik inkişaf etdiyini, 15 il ərzində ölkə iqtisadiyyatının 3,5 dəfədən çox artdığını bildirib.