Həbib Nurmaqomedov ilə Konor Makqreqorun məşq prosesinin görüntüləri yayılıb
04.10.2018 [15:33]
Dünyanın iki ildir ki, səbirsizliklə gözlədiyi qarışıq döyüş növlərinin UFC kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurmaqomedov ilə irlandiyalı Konor Makqreqor arasında oktyabrın 6-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək döyüşə sayılı saatlar qalıb. Cəmi 3 dəqiqəyə bütün biletlərinin satıldığı döyüşə hazırlaşan hər iki idmançının məşq etdikləri görüntülər yayımlanıb. Məşqi 300-dən çox UFC fanatı izləyib.