Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub

05.10.2018 [18:51]

Xəbərin mətni
Oktyabrın 5-də Türkiyə Respublikasının İstanbul Universitetində tanınmış azərbaycanlı alim, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir İstanbul Universitetinin və BDU-nun hüquq fakültələri arasındakı mövcud əməkdaşlıq əlaqələri çərçivəsində təşkil olunub.