CƏMİYYƏT


Qubaya ilk qar yağıb

Oktyabrın 6-da Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, gecə saatlarından başlayan qarın hündürlüyü Xınalıq kəndində 1 santimetr olub. Xınalıq kəndi dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşir.
Video: Elxan Yusifli