İDMAN


"UFC 229" iştirakçılarının çəkiölçmə mərasimində gərginlik
Makqreqor Nurməhəmmədovu vurmaq istədi

Həbib Nurməhəmmədovla Konor Makqreqor Las-Veqasda "UFC 229" iştirakçılarının çəkiölçmə mərasimində gərginlik yaşanıb. Belə ki, şou hərəkətləri və daha çox rəqibi qıcıqlandırması ilə tanınan Makqreqor rusiyalı həmkarının əlindən vuraraq dava salmaq istəyib. Daha çox səbri və təmkini ilə seçilən çeçen əsilli Nurməhəmmədovu yenə qıcıqlandırmaq mümkün olmayıb. İdmançıların azarkeşləri də dava edib. Qeyd edək ki, ABŞ-ın Las Veqas şəhərində keçiriləcək bu görüş Bakı vaxtı ilə sabah saat 6:00-da başlayacaq.