İQTİSADİYYAT


Zaqatalalı fermer: Hər il fındıqçılıqdan 10-12 min manat gəlir götürürəm

Fındıqçılıq Zaqatala rayonunun kənd əhalisinin, o cümlədən Əliabad qəsəbəsi sakinlərinin əsas məşğuliyyət sahələrindən biridir. Zaqatala rayonunun Əliabad qəsəbəsinin sakini Ədalət Sulxayevin sözlərinə görə, fındıqçılığın çox gəlirli sahə olduğunu nəzərə alaraq, ötən il 3 hektar sahədə yeni fındıq bağı salıb, əraziyə 450 fındıq tingi əkib.