Səmti müəyyən etmə idman növü üzrə ölkə çempionatında 150-dən çox idmançı mübarizə aparır
06.10.2018 [16:08]
Xəbərin mətni
Oktyabrın 6-da Xaçmaz rayonunun Nabran meşə zolaqlarında səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatı start götürüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 150-dən çox idmançı mübarizə aparır.