Nurməhəmmədov Makqreqorla döyüşə görə 2 milyon dollar qonorar alacaq
06.10.2018 [19:22]
Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor və rusiyalı idmançı Həbib Nurməhəmmədovun alacaqları qonorarların məbləği açıqlanıb. Las-Veqasda sabah baş tutacaq "UFC 229" döyüşündən Makqreqor üç milyon dollar qonorar alacaq. Nurməhəmmədovun qonorarı isə 2 milyon dollar olacaq. Qonorarların məbləğinə ödənişli teleyayımdan gələn faiz daxil deyil.