Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Əsrin döyüşü: Nurməhəmmədov Makqreqora qalib gəldi YENİLƏNİB

07.10.2018 [09:07]

Xəbərin mətni
Las-Veqasda UFC 229 şousu çərçivəsində irlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurməhəmmədov arasında döyüş keçirildi. T-Mobile arenasında keçirilən döyüş Nurməhəmmədovun qələbəsi ilə başa çatdı. Nurməhəmmədovun üstünlüyü şəraitində keçən döyüşün sonu Makqreqorun təslim olması ilə başa çatdı. Döyüşün sonunda Nurməhəmmədovla Makqreqor məşqçiləri arasında dava düşdüyündən, oktaqondan kənarda da insident yaşandı. Nurməhəmmədovun komandasından olanlar oktaqona daxil olaraq Makqreqoru döydülər. Buna səbəb isə həm döyüşdən əvvəl, həm də döyüş vaxtı Makqreqor və tərəfdarlarının nalayiq söyüşlər söyməsi oldu.