Ölkə ərazisində havanın temperaturu nisbətən yüksələcək
09.10.2018 [13:47]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17°, gündüz 19-23° isti, Bakıda gecə 15-17°, gündüz 19-21° isti olacağı ehtimalı var.