İQTİSADİYYAT


Füzulidə fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir

Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsində fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artıraraq, ölkəmizin ərzaq təhlükəsizliyinə töhfələrini verirlər. Belə təsərrüfatlardan biri də Füzuli rayonunda fəaliyyət göstərən “Mil-Qarabağ LTD” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 2006-cı ildə yaradılan təsərrüfatda üzüm, nar bağları salınıb, eyni zamanda pambıq, şəkər çuğunduru və taxıl istehsal edilir.