İDMAN


Azərbaycan güllə atıcılıği üzrə dünya kubokunun mərhələ yarışına ev sahibliyi edəcək

Oktyabrın 11-də Azərbaycanın güllə atıcılıği üzrə dünya kubokunun mərhələyarışına ev sahibliyi ilə bağlı mətbuat konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman nazirliyinin nazir müavini İsmayıl İsmayilov, Güllə Atıcılığ kompleksinin prezidenti və Atıcılıq Federasiyasının vitse-prezidenti Bəyəli Hacıyev, Atıcılıq Federasiyasının baş kətibi Emin Cəfərov və Gənclər İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova iştirak ediblər.