Sürüşmə kütləsi üzərində kiçik uçqun prosesi gedir
13.10.2018 [18:43]
Xəbərin mətni
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan verilən son məlumata görə Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında aktivlik davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sürüşmə kütləsi üzərində kiçik uçqun prosesi gedir.