Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeniyetmə güləşçimiz Turan Bayramov Olimpiya çempionu olub

15.10.2018 [10:09]

Xəbərin mətni
Azərbaycan güləşçisi Turan Bayramov Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, Olimpiadada 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz “A” qrupunda yarışıb.