Badamdar sürüşmə sahəsində gərginlik davam edir
15.10.2018 [12:54]
Xəbərin mətni
Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Lakin sürüşmə sahəsində vizual dəyişiklik qeydə alınmayıb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi və yaradılmış qərargahın üzvü Kamran Nəsibov məlumat verib.