İQTİSADİYYAT


Bakıdan Xəzəryanı ölkələrə kruiz səfərlər təşkil olunacaq

Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etmək üçün müxtəlif layihələr hazırlanmalı və həyata keçirilməlidir. Belə turizm növlərindən biri də kruiz turizmidir. İqtisad elmləri doktoru, professor Elşad Məmmədov hesab edir ki, Xəzər dənizində kruiz turizminin inkişafı və bu sahədə müvafiq infrastrukturun yaradılması, daxili və xarici turist axınını artırmaq iqtisadi göstəricilərin yüksəlməsinə də təkan verəcək.