Azərbaycan Dövlət İnformasiya Agentliyi

Badamdar sürüşmə sahəsində xırda uçqunlar və torpaq qopmaları baş verir

16.10.2018 [19:30]

Xəbərin mətni
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardığı monitorinqin saat 18:00-a olan nəticəsi açıqlanıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə əsasən, sahədə nisbi stabil gərginlik qalmaqdadır. Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI