Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir

20.10.2018 [16:42]

Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı ilin hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilir. Təlimlərdə artilleriya bölmələri marş icra etmə, cəmləşmə rayonlarına çıxma, atəş və start mövqelərini tutma, döyüş atışlarının icrası və digər tapşırıqların yerinə yetirilməsi üzrə məşqlər edirlər.