Bəzi yerlərdə qısamüddətli yağış yağacaq
22.10.2018 [13:41]
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15°, gündüz 21-24°, Bakıda gecə 14-16°, gündüz 22-24° isti olacağı gözlənilir.