Hava hücumundan müdafiə bölmələrinin təlimləri davam edir
22.10.2018 [17:17]
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava hücumundan müdafiə (HHM) bölmələrinin müxtəlif təlim mərkəzlərində keçirilən taktiki təlimləri davam edir.
Təlimlərin növbəti mərhələsində “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra edən HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv ediblər.