Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranda xalça istehsalı müəssisəsi ilin sonuna kimi yekunlaşacaq

22.10.2018 [19:50]

Xəbərin mətni
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı üçün yeni binanın və regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi bu ilin sonuna kimi yekunlaşacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprel ayından tikintisinə başlanılan müəssisədə hazırda son tamamlama və daxili tərtibat işləri aparılır. Artıq toxuculuq dəzgahları və digər avadanlıqlar da müəssisəyə gətirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI