İQTİSADİYYAT


Müasir texnologiyaların tətbiq olunduğu aqroparkda 1050 hektar sahədə soya becərilib

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə aqroparkların yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Belə aqroparklardan biri də "Əkinçi kəndli fermer təsərrüfatı" MMC tərəfindən Ağcabədi rayonunda yaradılıb.