İQTİSADİYYAT


Ölkədə camışçılığın inkişaf etdirilməsi çox vacibdir

Azərbaycanda camışçılığın tarixi uzaq keçmişə gedib çıxır. Ölkəmizin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca münasibdir. Vaxtilə Kür qırağı, Araz vadiləri, Qazax-Qarabağ düzləri camışçılığın məskəni olub. Camışçılıq xalqımızın ərzaq məhsulları ilə təminatında həmişə mühüm rol oynayıb. AZƏRTAC xəbər verir ki, bu sözləri Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən camışçılıq təsərrüfatında çalışan Şəkəralı Baxışəliyev deyib.